Menu

Kral ailəsinin illik xərci 7,8 milyon avro olacaq

05.08.2015, 10:46
Kral ailəsinin illik xərci 7,8 milyon avro olacaq

Xarici KİV-in məlumatına görə, 2016-cı ildə kral ailəsinin illik xərci İspaniya vergi ödəyicilərinə 7,78 milyon avroya başa gələcək. Çərşənbə günü gələn il üçün dövlət büdcə layihəsini Konqresə təqdim edərkən, bu rəqəmi İspaniyanın maliyyə və dövlət administrasiyası naziri Kristobal Montoro Romero səsləndirib (TASS).

Bu zaman nazir, monarx ailəsinin hər bir üzvünə nə qədər pulun hesablandığı barədə konkretliyə varmayıb. Ölkə Konstitusiyasına görə, monarx hər il dövlət büdcəsindən «sarayı və öz ailəsini saxlamaq üçün müəyyən məbləğdə pul alır və həmin məbləğ üzərində müstəqil sərəncam verir». Bu, o deməkdir ki, kral VI Filip ayrılmış vəsaiti istədiyi kimi xərcləmək səlahiyyətinə malikdir.

Ölkə hakimiyyəti artıq 5-ci ildir ki, monarx ailəsinin xərclərini artırmır. Belə qərar qənaət məqsədi daşqıyır və İspaniyanın üzləşdiyi maliyyə çətinlikləri ilə bağlıdır. 2010-cu ildə sarayın saxlanması üçün dövlət büdcəsində 8,9 milyon avro nəzərdə tutulmuşdu. Sonrakı mərhələdə hər il pul məbləği azaldıldı və ya əvvəlki səviyyədə saxlandı.

Avropadakı 10-na yaxın monarxıya arasında İspaniya kral ailəsinin saxlanmasına ən az vəsait ayıran ölkədir. Belə ki, Britayniya sarayının saxlanmasına 2013-2014-cü maliyyə ilində dövlət büdcəsindən 35,7 funt sterlinq (50 milyon avroya yaxın) vəsait ayılıb. Bundan bir qədər az vəsait isə Belçika monarx ailəsinə ayrılıb - 2015-ci ildə bu məqsədlə 36,0 milyon avronun xərclənməsi nəzərdə tutulub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol