Menu

Çin İranı silahlandırır - FOTO

05.08.2015, 15:31
Çin İranı silahlandırır - FOTO

Bunun müqabilində Çin İranın nəhənq neft yataqlarını istismar edəcək

Çin Xalq Respublikası və İran İslam Respublikası Pekin istehsalı olan J-10 qırıcı təyyarələrin Tehrana verilməsinə dair sazişin şərtlərini müzakirə edir.

Bu barədə Çinin "Tsankao syaosi" qəzetində dərc edilmiş məqalədə deyilir.

2020-ci ilədək 24 döyüş təyyarəsinin təchiz edilməsi müqabilində Çin İranın nəhəngAzadeqan neft yatağını istismar etmək hüququ qazanacaq.

Qəzet yazır: "Mütəxəssislərin fikrincə, bu cür hərbi müqavilənin dəyəri 1 milyard ABŞ dolları təşkil edir. "Neft müqabilində silah" sövdələşməsi hər iki tərəf üçün faydalıdır, baxmayaraq ki, bu, Birləşmiş Ştatların narazılığına səbəb ola bilər."

Sovet texnologiyaları əsasında yaradılmış çox hədəfli J-10 markalı qırıcı təyyarələr ilk uçuşunu 2002-ci ildə həyata keçirib. Təyyarənin maksimum uçuş mənzili 2940 kilometr təşkil edir. İslam Respublikası bu cür döyüş qırıcılarını əldə edəcəyi təqdirdə ölkənin Hərbi Hava Qüvvələri İran körfəzinin bütün akvatoriyasına nəzarəti gücləndirəcək.

Bundan əlavə, İsrail ərazisinə aviazərbələr endirərək bazalara qayıtmaq imkanı yaranacaq.

Çin istehsalı olan J-10 qırıcı təyyarə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol