"Daxili silahlı münaqişənin həlli üçün «Suriyaya, ölkəni sabitliyə və bütün xalqı təmsil edəcək yeni hökumətə keçməyə aparan realist siyasi tənzimləmə prosesi lazımdır». Bu fikri Ağ evdə BMT Baş katibi Pan Gi Munla görüşü zamanı ABŞ Prezidenti Barak Obama səsləndirib.
Prezidentin sözlərinə görə, Pan Gi Munla birlikdə onlar Suriyadakı humanitar böhrandan dərin narahatlıq hissləri keçirirlər və bu ərəb ölkəsində zorakılığın dayandırılmasının vacibliyini qeyd edirlər: «Biz, diplomatik komandalarımızın bu problem üzrə digər maraqlı tərəflərlərlə hansı formada əməkdaşlıq edə biləcəyi barədə mülahizərimizi bölüşdük» - deyə, ABŞ lideri qeyd edib.
Pan Gi Mun da öz növbəsində, xatırladıb ki, BMT ötən həftə Suriyadakı böhranın aradan qaldırılmasına yönəlik Genevrə komyünikesinin yerinə yetirlməsi üçün dörd tematik işçi qrupun yaradılması barədə təklif irəli sürüb. Baş katib əmin edib ki, eyni vaxtda, BMT bu ölkədə ehtiyacı olanlara humanitar yardımın çatdırılması istiqamətində mümkün olan bütün səyləri göstərir.
Obama isə əmin edib ki, Pan Gi Munla müzakirə etdikləri ən təxirəsalınmaz beynəlxalq və regional problemlər sırasında dünyada «ab-havanın dəyişdirilməsi təhlükəsinə cavab»ın vacibliyi məsələsi də yer alıb.
AzPolitika.info


Şərhlər