Menu

Yəmən əhalisinin 80 faizi humanitar yardıma möhtacdır! - BMT Baş katibi

05.08.2015, 19:07

Pan-Ki-MunXarici KİV-in məlumatına görə, Ağ evdə ABŞ Prezidenti Barak Obama ilə görüşü zamanı BMT Baş katibi Pan Gi Mun belə bir fikir səsləndirib ki, Yəməndəki daxili silahlı münaqişənin «hərbi yolla həlli» yoxdur və o, yalnız «siyasi yolla, dialoq vasitəsilə» tənzimlənə bilər (TASS).

Baş katib əmin edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəməndə siyasi tənzimləmə proosesinə başlamaq üçün daim öz fəaliyyətini Səudiyyə Ərəbistanı başda olmaqla, Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq Şurası (FKƏDƏŞ) ilə əlaqələndirir.

Bununla yanaşı, Pan Gi Mun xəbər verib ki, hal-hazırda Yəməndə əhalinin 80 faizinin və ya dəqiq desək, 21 milyon insanın xaricdən təcili humanitar yardıma ehtiyacı var: «Bizim komandamız, təhlükəsizliyin təminatı sahəsində bütün çətinliklərə baxmayaraq, hazırda Yəmən vətəndaşları üçün bütün vacib humanitar köməkliklərin əlavə tədbirlərini səfərbər etmək cəhdləri göstərirlər». Bununla əlaqədar, BMT Baş katibi dünya ictimaiyyətini səxavətli olmağa çağırıb.

ABŞ Prezidenti Barak Obama isə öz tərəfindən təsdiq edib ki, hazırkı danışıqlarda digər məsələlərlə yanaşı, həm də «Yəməndə münaqişəyə son qoymağın vacibliyi və humanitar situasiya ilə bağlı tədbirlər görmək» məsələsinə baxılır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol