LavroXarici xəbər agentliklərinin məlumatına görə, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya-Çin münasibətlərinin inkişaf etdirilməsi Rusiyanın prioritetlərindən biridir (. «Rusiya-Çin münasibətlərinin inkişafı Rusiyanın prioritetidir və ümid edirəm ki, bu, sülhün və sabitliyin maraqlarına cavab verir» - deyə, Lavrov Çinin xarici işlər naziri Van İ ilə görüşü zamanı bəyan edib.
Bununla əlaqədar olaraq, Lavrov ötən may ayında Çin Xalq Respublikasının (ÇXR) sədri Tszinpinin Rusiyaya səfərini və Rusiya prezidentinin Çinə gözlənilən səfərini xatırladıb: «İyul ayında Şanxay əməkdaşlıq təşkilatının (ŞƏT) və «BRİKS»-in Ufa şəhərində keçirilmiş sammitində bizim liderlər görüşüblər. Düz bir aydan sonra ÇXR sədrinin dəvəti ilə Rusiya Federasiyasının prezidenti Çinə səfər edəcək və Çinin Yapon militarizminə qarşı mübarizəsinin 70 illiyinə həsr olunan tədbirlərdə iştirak edəcək. Mən ümid edirəm ki, biz sizinlə bu gün həmin səfərə hazırlığın gedişni müzakirə edə bilərik» - deyə, Lavrov əlavə edib.
Van İ də öz növbəsində xatırladıb ki, ötən ay «Rusiya ev sahibi olaraq, ŞƏT və «BRİKS»-in sammitlərini uğurla keçirdi. «Bütün bunlar Rusiya tərəfin böyük beynəlxaq tədbirləri həyata keçirmək bacarığını və sizin ölkənizin əhəmiyyətli beynəlxalq təsir qabiliyyətini ortaya qoydu. Cari ildə İkinci dünya müharibəsində qələbənin 70 illiyi qeyd olunur. Rusiya və Çin xalqları bu müharibədə nəinki çox ağır itkilər venrib, eyni zamanda qələbənin əldə olunmasında başlıca rol oynayıblar» - deyə, Çinli nazir qeyd edib».
Nazirlərin görüşü «ASEAN» forumunun gedişində baş tutub. Forum iyulun 5-6 tarixlərində Malayziyada keçirilir.
AzPolitika.info

Şərhlər