Menu

Ermənistan Müdafiə Nazirliyi: Vəziyyət dəyişib

06.08.2015, 09:07
Ermənistan Müdafiə Nazirliyi: Vəziyyət dəyişib

Tonoyan: Rusiya regionda təhlükəsizliyi qoruya bilmir, bu "vəzifə" ABŞ-a keçib.

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın birinci müavini David Tonoyanın bəyanatı Ermənistanda böyük ajiotaj yaradıb.

Anspress-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, David Tonoyan ABŞ Silahlı Qüvvələrinin "Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyi təmin edə biləcəyini" deyib.

Həmin yazıda Ermənistanın ümidini Rusiyaya bağladığı, lakin hələlik "təhlükəsizliyin zəmanəti" missiyasını ABŞ-ın öz üzərinə götürdüyü bildirilir.

"Bu bəyanat regionda vəziyyətin dəyişdiyini göstərir. Bu, o deməkdir ki, Birləşmiş Ştatlar regionda təhlükəsizliyin zəmanəti kimi çıxış edir. Halbuki bu, Rusiyanın öhdəliyidir", - həmin yazıda David Tonoyanın bəyanatı məhz belə şərh edilir.

David Tonoyan - Ermənistanın müdafiə nazirinin birinci müavini

"ABŞ-ın bu rolda çıxış etmək niyyətini Ermənistan ilə müzakirə etməsini düşünmək sadəlövhlük olardı. Ermənistan sadəcə olaraq yeni reallığı ictimaiyyətə açıqlayıb", - yazan erməni saytı öz ölkəsinin nüfuzunu bir daha ortaya qoyub.

Lakin bütün bu "yeniliklər" Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqələndirilmir. Burada əsas məsələnin ABŞ-Rusiya, ABŞ-İran, Türkiyə-kürdlər-İŞİD münasibətləri olduğu vurğulanır.

Sonda bu "dəyişikliklərin" səbəbi və nəticələri haqqında yazılıb: "Burada əsas sual yeni vəziyyətin nə məqsədlə yaradılmasıdır. Bu ya regionda idarə edilən qeyri-stabillik yaratmaq, ya da ki, regionda qeyri-stabilliyin qarşısını almaq üçün edilir. Bu, gələcəkdə Ermənistanın necə davranacağı və fəaliyyəti üçün vacibdir. Lakin aydın olan bir şey var ki, əgər Ermənistan istər xarici siyasətində, istərsə də iqtisadi planda indiyədək yürütdüyü siyasəti davam etdirərsə, yeni vəziyyət Ermənistan üçün köhnə nəticələr gətirəcək."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol