“Məqsədimiz “pley-off”u da keçmək və qrupa düşməkdi”
“Çox sevindirici haldır ki, komanda bu mərhələyə qədər gəlməyi bacardı. Bu, bizim üçün böyük uğurdu. Davamının gəlməsini arzulayırıq”. Apasport.az saytının xəbərinə görə, bunu bu gün “Qəbələ” klubunun prezidenti Tale Heydərov deyib.
Qeyd edək ki, UEFA Avropa Liqası III təsnifat mərhələsi cavab qarşılaşmasında “Qəbələ” öz meydanında Cənubi Kipr təmsilçisi “Apollon”u qəbul edib. Təmsilçimiz rəqibini məğlub edərək (1:0) pley-off mərhələsində oynamağa haqq qazanıb.
Klub prezidenti qeyd edib ki, bundan sonrakı mərhələni keçmək daha da çətin olacaq: “ Ancaq məqsədimiz “pley-off”u da keçmək və qrupa düşməkdi. Oyunçular da əllərindən gələni edəcəklər ki, uğur qazansınlar”.
T. Heydərov növbəti mərhələyə qədər müəyyən transferləri də mümkün hesab edib: “Hazırda hücumameyilli bir futbolçunun keçidini həll etmək istəyirik. Bununla bağlı məşqçilərlə söhbət etmişik”.
Klub prezidenti qeyd edib ki, “pley-off” mərhələsindəki ev oyununun daha böyük stadionda keçirilməsi məsələsi də gündəmdədir: “Biz istənilən arenada oynamağa hazırıq. “Bakcell Arena”da da azarkeşlər gəlib bizi dəstəklədilər.Ümid edirəm ki, digər stadionlara da gələcəklər. Yeri gəlmişkən, bütün azarkeşlərimizə təşəkkür edirik, bizi tək qoymadılar. Hər zaman dəstəklərini hiss edirik”.
T. Heydərov futbolçulara mükafat veriləcəyini də deyib: “Futbolçuların bu uğuru mütləq mükafatlandırılacaq. Biz onları daha da həvəsləndirmək üçün bunu edirik. Amma keçən mərhələdən sonra mətbuatda bir rəqəm yazılmışdı, o çox şişirdilmiş rəqəm idi. Həqiqəti əks etdirmir”.
=======
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.Qol.Az-ın məlumatına görə, təmsilçilərimizdən “Qəbələ” də “pley-off” üçün mübarizə aparıb.
Roman Qriqorçukun komandası doğma meydanda Kiprin “Apollon” klubu ilə qarşılaşıb
İlk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan “qırmızı-qaralar”ın növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansı var idi . "Qəbələ" bu matçda 1:0 hesabı ilə qalib gəlib və tarixində ilk dəfə olaraq Avropa Liqasının "pley-off" mərhələsinə yüksəlib.
6 avqust
Avropa Liqası, III təsnifat mərhələsinin cavab oyunları
21:00. "Qəbələ" (Azərbaycan) - "Apollon" (Kipr) - 1:0
Qol: Cavid Hüseynov, 80-pen (1:0)
Qırmızı vərəqə: Ürfan Abbasov, 90+1 ("Qəbələ")
İlk oyun-1:1
Hakimlər: Duarte Nunu Pereyra Qomes, Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome (Portuqaliya)
Bakı. 8-ci kilometr qəsəbə stadionu
“Qəbələ”: Dmitri Bezotosnı, Stankoviç, Ürfan Abbasov, Rafael Santos, Arif Daşdəmirov, Rəşad Sadiqov, Cavid Hüseynov (k), Aleksey Qay,Sergey Zenyov, Dodo, Aleksey Antonov (Ermin Zets, 71)
Ehtiyat oyunçular: Pietrzkieviç, Məhəmməd Mirzəbəyov, Vitali Vernidub, Elvin Camalov, Asif Məmmədov, Samir Zərgərov
"Apollon": Bruno Vale, Elizio, Nuno Lopes (Thuram, 61), Freyra, Simoes Jeyme (Farley, 81), Esteban Saçetti, Qullon, Aleks, Joao Pedro, Fotis Papoulis (k), Kolokoudias (Abraham, 61)
Ehtiyat oyunçular: Hidi, Angeli, Stulianou, Veeler
--

Modern.az saytına verilən xəbərdə bildirilir ki, “Qəbələ” bu mərhələni adlayacağı təqdirdə oyunçular klubun prezidenti Tale Heydərov tərəfindən böyük məbləğdə pulla mükafatlandırılacaq. Hətta hər futbolçuya vəd olunan pul mükafatının 50.000 manat olacağı da vurğulanır.
İdman mediasının yazdığına görə, yerli klub bundan əvvəl Serbiyanın “Çukaritsi” klubunu məğlub edib mərhələ adladıqdan sonra Tale Heydərov hər futbolçuya 30.000 manat məbləğində pul mükafatı verib.
“Qəbələ”nin prezidenti Tale Heydərov Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.
Tale Heydərov “Qəbələ” futbol klubunun prezidenti olmaqla yanaşı, həm diaspor sahəsində fəaliyyət göstərir, həm də iş adaçı kimi bir sıra şirkətlərər rəhbərlik edir. O, Azərbaycan-Avropa Cəmiyyəti diaspor təşilatının (The European Azerbaijan Society) rəhbəri, . Xaricdə fəaliyyət göstərən United Enterprises International (UEI) holdinq şirkətinin İH sədri, eyni zamanda , “Sabah P&D International” MMC-nin direktorudur.


Şərhlər