PKK terror təşkilatının siyasi qolu olan HDP həmsədri Səlahəddin Demirtaş bu gün KCK təmsilçisi ilə görüşəcək.
KCK-nin (Group of Communities in Kurdistan) təmsilçisi Zübeyr Aydar mətbuata açıqlamasında bildirib ki, “həll prosesi” hələ bitməyib.
“Amerikanın Səsi” radiosuna danışan Zübeyr Aydar deyib ki, Türkiyə hökuməti döyüşmək üçün bəhanələr axtarırdı. Zübeyr Aydar deyib ki, “həll müddətini” özləri bitirməyib. O, həmçinin ABŞ Konqresindən və Ağ Evdən kürd məsələsində həll üçün dəstək istədiklərini vurğulayıb.
Onun sözlərinə görə, ABŞ sülhü ön plana çıxaran bir rol oynamalıdır: “Hal-hazırda yaşanan qarşıdurmalar kürdlər ilə Türkiyənin qarşıdurması deyil. Bu qarşıdurmaya ehtiyac yox, sülhə ehtiyac vardır. ABŞ bunu təmin edə bilər”.


Şərhlər