Menu

NATO Baltikyanıda HHM missiyasını ikiqat ixtisar edir

06.08.2015, 17:11

Turkish Air Force F4E Phantom IIXarici KİV-in məlumatına görə, NATO Baltikyanı ölkələrdə özünün hava hücumundan müdafiə (HHM) missiyasını ikiqat ixtisar etmək qərarına gəlib. Belə ki, alyans son dövrlər Baltikyanıda hava patrulu missiyasını yeninə yetirən 16 qırıcı təyyarə əvəzinə, sentyardan başlayaraq 8 təyyfrə saxlamaq fikrindədir. Litvada isə 2 kontingent əvəzinə biri qalacaq. Bu məlumatı çərşənbə axşamı alyans nümayəndəsi təsdiqləyib (İnterfaks.ru).

«Hazırda missiyaya aid 16 təyyarəmiz var, amma bu say Rusiya-Ukrayna böhranından sonra müəyyən edilmiş hərbi tələbatı hiss ediləcək dərəcədə üstələyir... Biz hesab edirik ki, 8 təyyarə bu məkanda hava polisi missiyasını yerinə yetirmək üçün kifayətdir» - deyə, NATO-nun mətbuat üzrə hərbi nümayəndəsi, Avropadakı müttəfiq qüvvələrinin Baş komanda məntəqəsindən (SHAPE) olan polkovnik-leytenant Ceyn Canzen xəbər verib.

2004-cü ilin əvvəlindən, Baltik ölkələri NATO-ya üzv olduqdan sonrakı dövrdə HHM missiyasını adətən, Litvada dislokasiya olunan 4 qırıcı təyyarə yerinə yetirirdi. Krımın Rusiya tərəfindən ilhaq olunmasından sonra NATO üzrə müttəfiqlər Litvaya, Latviyaya və Estoniyaya əlavə qırıcılar göndərdi.

Bundan əvvəl «Guardian» qəzeti xəbər vermişdi ki, payızda NATO Baltikyanının hava məkanında partul missiyasını yerinə yetirən təyyarələrin sayını təxminən, yarıbayarı azaldacaq. Canzen qəzetə deyib ki, təyyarələrin sayının azaldılması «tapşırığın miqyasına» uyğun gəlir.

NATO qırıcıları eyni zamanda, Estoniyada və Polşada da dislokasiya olunur.

AzPolitika.info

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol