Menu

Bakıda 1720 uşaq vaxtından əvvəl I sinfə qəbul olunub

06.08.2015, 17:26

1325601454_mektebBakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəblərdə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu məqsədilə keçirilən müsahibələr yekunlaşıb.

BŞTİ-dən APA-nın sorğusuna cavab olaraq bildiriblər ki, müsahibədə iştirak etmək üçün sorğu verən 3284 nəfər uşağın 1720-i müsahibə mərhələsindən keçərək vaxtından əvvəl I sinfə qəbul olunub.

Məlumatda bildirilib ki, müsahibədə iştirak etmiş 1287 uşaq müsahibədən keçməyib. Qeydiyyatdan keçən 63 nəfər müsahibəyə gəlməyib.

Məktəbəqədər hazırlıq qruplarını bitirən 750 uşaq sertifikat qazanaraq müsabiqədənkənar I sinfə qəbul üçün müraciət edib.

Müsahibədən keçən uşaqlar avqustun 15-dən etibarən sənədlərini məktəblərə təqdim etməlidirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol