“Təmiz Şəhər” ASC-nin ərazisində silah-sursat hissələri aşkar olunub.
ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda məişət tullantıları arasından tapılan avtomat və tapança güllələri, müxtəlif silah hissələri avqustun 5-də polisə təhvil verilib. AzərTac-ın məlumatına görə bunlar 5.45 millimetr çaplı 60, 7.62 millimetr çaplı 189, eləcə də 31 ədəd kiçik çaplı patron, 30 millimetrlik 3 mərmi, 1 avtomat darağı, 1 ədəd “F1” əl qumbarası korpusu, bir pnevmatik tapança və 1 tüstü fişəngindən ibarət olub.
“Təmiz Şəhər” ASC-yə aid həmin zavodda paytaxtdan toplanmış tullantılar kağız, şüşə, plastik, metal və s. formada ayrı-ayrı yığılır. Daha sonra onlardan xammal kimi istifadə edilərək yeni məhsullar hazırlanması üçün müxtəlif təkrar emal müəssisələrinə göndərilir.


Şərhlər