Xarici KİV-in yaydığı məlumata görə, Əfqanıstan silahlı qüvvələri hər ay 4 min nəfərə yaxın döyüşçü itirir. Onların çoxu isə fərarilərin sıralarını doldurur. Bunu Vaşinqtonun Brukinqs İnstitutundakı çıxışı zamanı Əfqanıstanda təhlükəsizliyə dəstək Beynəlxalq qüvvələrin komandanı, general Con Kempbell bəyan edib (TASS).
«Onlar (Əfqanıstan silahlı qüvvələri - red.) ayda təxminən, 4 minə yaxın döyüşçü itirir. Çoxları düşünə bilər ki, bu itkilərin böyük hissəsi silahlı toqquşmaların qurbanı olur. Amma belə deyil. Ən geniş yayılmış səbəb budur - insanlar ordu hissələrini özbaşına tərk edirlər» - deyə, general qeyd edib.
Generalın sözlərinə görə, onların arasında amerikalı təlimatçıların təlim keçdiyi döyüşçülər də var. Belə davranışın səbəblərindən biri kimi, general üzücü hərbi əməliyyatların uzun müddət davam etməsinə barmaq tuşlayıb: «Bütün bunlar ona görə baş verir ki, sizdə gənc əsgər və polislər Hilməndə vilayətində 2-3 ildir ki, fasiləsiz hərbi əməliyyatlar aparırlar. Onlar, mümkündür ki, hətta layiq olduqları ərzaq məhsullarını da ala bilmirlər. Nə vaxt ki, siz daim döyüşürsünüz, nə vaxt ki, sizə fasilə etmək vacibdir və başqa çıxış yolunuz yoxdur, siz evə yollanırsınız və bir daha geri qayıtmırsınız» - deyə, o, söhbətini bitirib.
Generalın məlumatına görə, Əfqanıstan təhlükəsizlik qüvvələri əməkdaşlarının 80,0 faizi nəzarət-buraxılış məntəqələrində növbə çəkir.
Ölkədə ekstremizmlə bağlı situasiyanı şərh edən Kempbell «Taliban» hərəkatının Əfqanıstan hökumətini devirə biləcəyini də istisna etməyib.
AzPolitika.info


Şərhlər