Tuncelidə Gökçek Polis İdarəsinə enməyə çalışan “Sikorsky” vertolyotuna PKK terrorçuları tərəfindən qumbaratanla atəş açılıb. Axar.az xəbər verir ki, açılan atəş vertolyota tuş gəlsə də, o, sıradan çıxmayıb. Vertolyot qısa müddət ərzində bölgədən uzaqlaşa bilib. Hücumda ölən və yaralanan olmayıb. Bunun ardınca Türkiyənin “Kobra” helikopterləri havaya qalxaraq, PKK-çıların olduğu bölgələri bombardman edib.


Şərhlər