Menu

Moskvada kafedə qafqazlılarla atışma: yaralı var

07.08.2015, 08:56
Moskvada kafedə qafqazlılarla atışma: yaralı var

Moskvanın Lipetski küçəsində yerləşən kafelərin birində baş vermiş münaqişə zamanı bir nəfər ayağından güllə yarası alıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, polis hadisə yerində qarşıdurmanın 8 iştirakçısını saxlayıb. Məlumata görə, münaqişə kafe rəhbərliyi ilə bir qrup qafqazlı arasında baş verib. Münaqişənin səbəbləri, qafqazlıların isə milliyyəti hələlik açıqlanmır.

Məlumata görə, Moskva polisinin rəhbəri Anatoli Yakunin insidentin araşdırılmasını şəxsi nəzarətə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol