Bu ilin fevral ayında Yəməndə əsir götürülmş fransalı qadın azad edilib, Fransa rəsmiləri bildirib.
Isabelle Prime adlı xanım cümə axşamı gecə saatlarında azad edilib və yaxın saatlarda Fransaya geri qayıdacaq.
Onun azad edilməsi haqqında əlavə məlumatlar verilməyib.
30 yaşlı xanım Prime Dünya Bankının maliyyələşdirdiyi lahiyədə məsləhətçi kimi işləyib.
Onunla birgə əsir götürülən tərcüməçi Sherine Makkaoui mart ayında azad edilib.
Son illərdə Yəməndə yaşayan tayfaların üzvləri həbsdə olan qohumlarının buraxılması və ya daha yaxşı xidmətlər göstərilməsi üçün hökumətə təzyiq vasitəsi kimi əcnəbi vətəndaşları girov götürürlər. /BBC


Şərhlər