Menu

Helikopter qəzaya düşdü; 12 hərbçi öldü -VİDEO, FOTO

07.08.2015, 13:19
Helikopter qəzaya düşdü; 12 hərbçi öldü -VİDEO, FOTO

Pakistanın şimal-qərbində yerləşən Heybər-Paxtunxva vilayətində ölkənin Hərbi hava Qüvvələrinə məxsus Mi-17 helikopterinin qəzaya uğraması nəticəsində 12 hərbçi həlak olub. Bu barədə İslam Respublikası ordusun mətbuat xidməti məlumat yayıb.

Hərbçilərin sözlərinə görə, hərbi həkimlərdən ibarət briqadanı nəql edən helikopterManşəhr dairəsinin Mohar dağları ərazisində qəzaya uğrayıb. Helikopterin göyərtəsində olan sərnişinlərin hamısı, o cümlədən iki pilot həlak olub. İlkin məlumatlara əsasən hadisəyə səbəb əlverişsiz hava şəraiti olub. Qəza yerinə xilasedicilər qrupu yollanıb. Lakin dağlıq ərazi şəraitində onlar helikopterin qırıntıları olan sahəyə yalnız üç saatdan sonra çatıblar. Axtarış-xilasetmə əməliyyatı bu gün səhər saatlarında başa çatıb.

Pakistan Hava Qüvvələrinə məxsus daha bir helikopter ötən gün qəzaya uğrayıb. O, ölkə şimalında baş vermiş daşqınların nəticələrinin aradan qaldırılmasında iştirak edirdi.

Pakistan Hərbi hava Qüvvələrinə məxsus Mi-17 helikopteri

Xatırladaq ki, bu ölkədə son dəfə helikopter qəzası may ayında qeydə alınmışdı. Mi-17 helikopterinin göyərtəsində xarici ölkə nümayəndələri olub.

Qəza zamanı bir neçə əcnəbi diplomat ölüb. Onların arasında Norveç, Fillipin səfirləri və Malayziya, İndoneziya səfirlərinin həyat yoldaşları da var. İki pilot da qəza zamanı ölüb.

Qəzaya uğrayan vertolyota Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da minməliymiş. Lakin son anda o başqa nəqliyyat vasitəsilə səfərə yola düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol