Rusiyanın qızıl və valyuta ehtiyatları bir həftədə 0,7 milyard dollar azalıb. Rusiya Mərkəzi Bankı tərəfindən verilən açıqlamaya görə, əvvəlki həftə 358,3 milyard dollar olan ehtiyatlar 357,6 milyard dollara geriləyib.
Rusiyanın ehtiyatları 2011-ci ilin sonunda 497.4 milyard dollar, 2012-ci ilin sonunda 537,1 milyard dollar, 2013-cü ilin sonunda 508,5 milyard dollar, 2014-cü ilin sonunda isə 388,5 milyard dollar səviyyəsində idi.
Rusiya, dünyada valyuta ehtiyatları baxımından Çin, Yaponiya və Səudiyyə Ərəbistandan sonra dördüncü yerdədir.


Şərhlər