Menu

Gürcüstan Bakı-Supsa neft kəməri məsələsini həll etdi

07.08.2015, 17:28
Gürcüstan Bakı-Supsa neft kəməri məsələsini həll etdi

Gürcüstanın tanınmamış separatçı regionu Cənubi Osetiyanın Bakı-Supsa neft kəmərinə toxunan sərhədlərinin köçürülməsi məsələsi tamamilə həll edilib. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.

O, qeyd edib: “Bu fəaliyyətə xüsusilə Gürcüstan-Azərbaycan əlaqələrində gərginlik yaratmaqda maraqlı olan şəxslərin təxribatı kimi baxırıq”.

Səfirin sözlərinə görə, bundan başqa, Gürcüstan adıçəkilən boru kəməri marşrutunu mühafizə etmək üçün digər metodlardan da istifadə edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol