Menu

“Lavrov Obamanın sözlərini təhrif edib”

07.08.2015, 22:59
“Lavrov Obamanın sözlərini təhrif edib”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ Prezidenti Barak Obamanın Avropadakı raket müdafiə sistemləri ilə bağlı açıqlamasına şərh verərkən faktları təhrif edib. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner söyləyib.

Qeyd edək ki, bir müddət öncə mətbuata açıqlamasında Sergey Lavrov Barak Obamanın 2009-cu ildəki sözlərinə xatırlatma vermişdi. Obama həmin çıxışı zamanı Avropadakı raketdən müdafiə sistemlərinin İranla razılıq əldə olunduqdan sonra qitədən çıxarılacağını bildirmişdi.

Lakin bir müddət öncə ABŞ Dövlət Departamenti yaydığı açıqlamada İranla razılaşmanın heç nəyi dəyişmədiyini və ABŞ-ın təkcə İranın nüvə raketlərindən müdafiə olunmaq niyyətində olmadığını açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol