Menu

Xarkovda da mitinqlər başlayıb

23.01.2014, 13:54
Xarkovda da mitinqlər başlayıb

Rusiyanın Ria-Novosti agentliyinin məlumatına görə, dünən günorta Ukrayna hökumətini müdafıə etmək məqsədi ilə ölkənin ikinci ən böyük şəhəri olan Xarkovda minlərlə insanın iştirakı ilə izdihamlı mitinq keçirilib.

Xarkov şəhər sovetindən bildirilib ki, Azadlıq meydanında 100 minə yaxın insan iştirak edib. Xarkov şəhər meri Qennadiy Kernesin sözlərinə görə, mitinqçilər ölkədə sabitliyin qorunmasını və qanuni hökuməti müdafiə edirlər. O həmçinin əlavə edib ki, Ukrayna təkcə Kiyevdəki müstəqillik meydanından ibarət deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol