Menu

Süveyş kanalının yeni məcrası açıldı

08.08.2015, 00:25
Süveyş kanalının yeni məcrası açıldı

Xarici xəbər agentliklərinin məlumatına görə, Misirdə Süveyş kanalının yeni məcrasının təntənəli açılış mərasimi olub. «Yeni Süveyş» adlandırılan bu kanalın məcrası 145 il bundan əvvəl çəkilmiş və Hind okeanı ilə Aralıq dənizi arasında ən qısa dəniz marşrutu olan köhnə kanala paralel olaraq uzanıb gedir (RİA Novosti).

Yeni kanalın tikintisinə cəmi bir il vaxt lazım gəlib. Layihənin reallaşdırılması Misirə 8,5 milyard dollara başa gəlib.

«Yeni Süveyş»-in layihəsi mövcud olanın genişləndirilməsindən, dərinləşdirilməsindən və yeni paralel marşrutun yaradılmasından ibarət olub. Süveyş kanalı dünya yükdaşımalarının 7 faizini təmin edir və Misir üçün turizmdən sonra ikinci valyuta gəliri mənbəyidir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol