Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin prezidentliyə namizədliyi qeydə alınmayıb.
APA-nın məlumatına görə, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında verilib.
Əvvəlcə MSK katibi Arifə Muxtarova namizədliyi irəli sürülən şəxs haqda məlumat verib.
Sonra MSK-nın İşçi qrupun rəhbəri İlham Məmmədov məlumat verərək deyib ki, Əli Əliyev 42 634 imza təqdim edib, imzalardan 5571-i etibarsız sayılıb: “Bu səbəbdən də onun imza vərəqələrinin yoxlanılması dayandırılıb”.
MSK açıq səsvermə yolu ilə Əli Əliyevin namizədliyini qeydə almayıb.


Şərhlər