“Bir neçə həftədir ki, ABŞ-ın müvafiq qurumlarının rəhbərləri,ölkənin həyati vacib təhlükəsizlik məslələri üçün mühüm əhəmiyyət daşıyan bu suala cavab verməyə çalışırlar. Həmişə olduğu kimi ekspertlər Amerikanın bir nömrəli düşmənin kim olması məsləsində tam olaraq,yekdil fikrə gələ bilməyiblər”. Bu barədə ABŞ-ın məhşur “The Washington Post” qəzetində “Rusiya və ya İŞİD: Amerikanın bir nömrəli düşməni kimdir?” balıqlı məqalədə əks olunub.
“AzPolitika.info”nun məlumatına görə, məqalədə daha sonra bildirilir ki, müvafiq qurumlar ABŞ üçün kimin daha çox təhlükəli olduğunu ayrı-ayrılıqda təhlil edib.Onlar bir neçə maraqlı variantlar təklif edirlər.
1.Rusiya.
Bir ara bu siyahıya Rusiyanın başçılıq edəcəyi ehtimalı önə çıxdı. Dəniz piyadaları generalı Cozef Danford, keçən həftə özünün ABŞ Silahlı Qüvvələrinin qərərgah rəisləri komitəsinə namizədliyi ilə əlaqədar, Senatdakı dinləmələr zamanı sensasiyalı çıxış edərək bildirib:
”Rusiya bizim milli təhlükəsizliyimiz üçün böyük təhdiddir. Nəyə görə? Ona görə ki, Rusiya nəhəng nüvə dövlətidir və Birləşmiş Ştatlar üçün mövcud təhlükə mənbəyidir. Rusiyanın son illərdəki davranışını nəzərə alıb, sayıqlığı itirmək olmaz”
Danfordun sözlərindən sonra yeni vəzifəyə təyin olunma prosedurasından keçən yüksək çinli hərbçilər də Rusiya haqqında oxşar fikirlər söyləyiblər.
Silahlı qüvvələrlə bağlı senatda keçirilən yığıncaqda, prezident tərəfindən Danfordun müavini vəzifəsinə namizədliyi irəli sürülən ABŞ Hərbi Hava Qüvvələri
generalı Pol Selva da çıxışında həmin məsələyə toxunaraq deyib: "
Əgər biz ABŞ-a qarşı təhlükə törədə bilcək ölkələrı sadalasaq, onda sıra ilə gələnlər Rusiya, Çin, İran və Şimali Koreya olacaq”
Bütün bunlardan bir həftə öncə isə ABŞ Quru Qoşunları qərəgah rəisi vəzifəsinə namizəd olan general Mark Milli Kremllə bağlı belə bir xəbərdarlıqla çıxış edib: ”Mən hərbi nöqteyi nəzərdən Rusiyanı bir nömrəli təhlükə hesab edərdim”.
Ancaq buna baxmayaraq, ABŞ dəniz piyadaları korpusunun komndanı vəzifəsinə namizədliyi irəli sürülən
Robert Nellər həmkarlarının fikri ilə tam olaraq razılaşmayaraq bildirib: ”
Əgər bizə təhlükə törədə biləcək ölkə barəsində soruşsanız, onda mən general Danfordla razıyam. Doğurdan da Rusiya böyük hərbi gücə malikdir və onun əlindəki strateji silahın mövcudluğu bir fakt kimi ən ciddi potensial təhlükədir.
Amma mən onların bizimlə müharibə etmək istədiklərini düşünmürəm.Onların amerikanları öldürmək istədiklərini fikirləşmirəm. Mənim düşüncəmə görə bizi davakar ekstrimistlər öldürmək istəyir.Onların potensialı böyük deyil,lakin onların niyyətləri ciddididr.Onlar məndə daha çox narahatçılıq yaradır”
2.İŞİD.
ABŞ Federal Təhqiqtlar Bürosunun direktoru Ceyms Kominin sözlərinə görə isə sosial şəbəkələr vasitəsilə amerkan könüllülərini özünə cəlb etməyə çalışan İŞİD, ABŞ üçün Əl-Qaidə təşkilatından da təhlükəlidir.
Sössüz ki, heç kim
Ceyms Komidən Rusiyanı Əl-Qaidə ilə müqayisə etməyi soruşmayıb. Düzdür Rusiya amerikalıları sosial şəbəkə vasitəsilə döyüşkən ekstremistlər kimi öz tərəfinə çəkmək istəmir, ancaq Moskvanın ABŞ əleyhinə internet vasitəsilə apardığı kompaniya tamamilə başqa xarakter daşıyır. Elə ona görə də C. Kominin sözlərinə inanaraq deyə bilərik ki, İŞİD doğurdan da müasir dövrümüzün mövcud olan ən ciddi və təhlükəli terrorçu təşkilatıdır.
Əgər amerikalıları məhz terrorizmlə qorxudurlarsa, deməli,ABŞ xüsusi xidmət orqanları, nəhayət ölkə üçün əsas təhlükənin İŞİD-dən gəldiyini etiraf etməlidirlər. Lakin bu heç də belə deyil.Ona görə ki, bu xüsusda tam şəkildə və konkret ifadə yoxdur.
3.İran.
Federal Təhqiqatlar Bürosu rəhəbəri Ceyms Kominin səsləndirdiyi bəyənatdan bir həftə sonra ABŞ müdafiə naziri Eşton Karter silahlı qüvvələrlə bağlı Senat komitəsi qarşısında İranla əldə olunan nüvə sövdələşməsi ilə əlaqədər suallara cavab verirdiyi zaman ,Cənubi Korolina ştatından olan respublikaçı senator Lindsi Qrem ona belə bir sualla müraciət etmişdi:
”Siz İranı beynəlxalq terrorizmin sponsoru hesab edirsinizmi?”
Eşton Karter isə bu sual qarşısında çaşaraq, konkret cavab verməkdən yayınmağa cəhd göstərmişdi. O, aydın olmayan və qarmaqrışıq sözlərlə belə deyib
:”Düşünmək lazımdır. Sponsor-dövlət, ola bilər. Təssüf ki, son dövrlər o qədər hadisələr, terrorizm o qədər baş qaldırıb. Düşünürəm ki, dövlət sponsorluğu barədə,yəqin ki, siz tamamilə dəqiq söyləyirsiniz.”
Gördüyünüz kimi Eşton Karter Ceyms Kominin İŞİD-in ən ciddi təhlükə olması barəsində söylədiyi fikirləri təkzib etməyib. Amma iş ondadır ki, heç kim İŞİD-i dövlət kimi tanımır. Həm də ki, İŞİD ilə İran bir-birini sevmirlər. İŞİD-in yaraqlıları şiə müsəlmanlarını özlərinin düşməni hesab edirlər. Ərəb xristianlarına qarşı hansı amansızlıqla hücum eirlərsə, şiələrə qarşı da eyni qəddarlığı göstərirlər. Məlumdur ki, İran əhalisinin böyük əksəriyyəti şiədir. Hazırda İran İŞİD-ə qarşı vuruşan bir neçə effektli hərbi birləşmələrə sponsorluq edir.
4.Çin.
Hələ ki, Çini də heç kim birbaşa olaraq, bir nömrəli təhlükə adlandırmayıb.Böyük iqtisadi və dəniz gücünə malik olan Çin də İran kimi, son dövrlər ABŞ təhlükəsizlik sisteminin yüksək vəzifəli məmurlarının diqqətini cəlb edir. Bu yaxınlardakı dinləmələr zamanı Arizona şatatından olan respublikaçı senator Conn Makkeyn , ABŞ Hərbi Dəniz Qüvvələrinin qərəgah rəisi vəzifəsinə namizədliyi irəli sürülən admiral Con Riçardsona açıq şəkildə belə bir sual ünvanlayıb: ”Çin bizim düşmənimizdirmi?”
Admiral Con Riçardson isə bu cür təxribata uymayaraq cavab verib: ”Onların etdiyi bir çox şeylər, düşməncəsinə hərəkətlərdir. Çin sürətlə inkişaf edir. Onların Çənubi Çin dənizindəki fəaliyyətləri və adalar üzərində digər qonşu dövlətlərlə süni mübahisələr yaratmaq istəyi regiondakı vəziyyəti potensial olaraq, gərginləşdirə bilər”
Ancaq ondan hansı ölkənin və ya bloklara qoşulmayan güclərdən hansı birinin əsas təhlükə olduğu soruşmayıb.
Yekun qərar?
Ekspertlərin bu məslədə fikirlərinin fərqləndiyini nəzərə alaraq, biz” Pew” araşdırmalar mərkəzinin bu yaxınlarda keçirdiyi sosial sorğuya diqqətimizi yönəltdik. Əlbəttə ki ,ölkə üçün təhlükə dərcəsinin qiymətləndirməsi prosesində ABŞ təhlükəsizlik sisteminin yüksək ranqlı məmurları əhalinin bu sahədəki sadə düşüncələri ilə maraqlana bilməzlər.
Lakin hər halda silahlı qüvvələr və təhlükəsizlik xidməti rəhbərlərinin Amerika üçün kimin daha çox ciddi təhlükə mənbəyi olması məsələsində yekdil fikirə gəlməmələrini nəzərə alaraq, deyə bilərik ki, əhali əsasən FTB direktoru Ceyms Komi kimi fikirləşirlər.
Aparılan sorğulara əsasən bütün qlobal təhlükələr içərisində amerikanları daha çox İŞİD narahat edir.
Sonra isə İran gəlir.
Üçüncü yerdə kiber hücumlar dayanır.
İqtisadi qeyri-stabillik dördüncü yeri tutur.
Amerikanlara qarşı təhlükə hesab edilənlər sırasında isə Rusiya isə beşinci yerdə gedir”.
Vaqif NƏSİBOV
AzPolitika.info
Şərhlər