Tayvanda güclü yağışla birlikdə meydana gələn torpaq sürüşməsində 4 nəfər ölüb 28 nəfər isə yaralanıb.
Musavat.com xəbər verir ki, Soudelor qasırğası nəticəsində hazırda 80 min evə elektrik enerjisi verilmir. Ölkədə hava limanı və qatar stansiyalarında səfərlər ləğv edilib. Bir çox yaşayış bölgəsində evlər sular altında qalıb.
Tayvanda təsirli olan və Çinin cənub-şərqinə sürətlə yaxınlaşan Soudelor qasırğasına görə Çində 158 min adam evakuasiya edilib.
Soudelor qasırğasının bu gün Fucien və Guangdong əyalətində təsirli olması gözlənilir.
Rəsmilər balıqçı gəmilərinin limana çağırıldığını və sahil kənarındakı otellərin müvəqqəti olaraq bağlanıldığını bildirib.
Tayvandan sonra Çində də pis hava şəraitinin olduğu əyalətlərdə təyyarə və qatar səfərlərinin ləğv edilməsi gündəmdədir.



Şərhlər