Menu

Jurnalist Rasim Əliyev dəfn edildi- VIDEOLAR -FOTOLAR-Yenilənir

09.08.2015, 15:45
Jurnalist Rasim Əliyev dəfn edildi- VIDEOLAR -FOTOLAR-Yenilənir

Futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü bildirilən jurnalist Rasim Əliyevın dəfn edilib. Son məlumata görə, mərhum jurnalist Mehdiabad qəbiristanlığında dəfn olunub.

Dünən döyülərək ağır bədən xəsarətləri alan jurnalist Rasim Əliyevin bu gün vəfat etdiyi haqda xəbər vermişdik.Azadlıq Radiosunun məlumatına görə, mərhumun cəsədi məsciddə yuyulduqdan sonra evlərinə gətirilib.

Ərazi polisi jurnalistin babasını sorğu-sual üçün aparıb. Morqun qarşısına yığışan jurnalistlərə isə çəkiliş aparmağa icazə verilməyib. Səbayel prokurorluğunun əməkdaşları da ora gəlib.

Rasim Əliyevi babası deyib ki, həkimlər əvvəl onlara ümid versələr də sonradan jurnalistin vəziyyəti pisləşib: “Get-gedə vəziyyəti pisləşdi, əməliyyat etdilər. Sonra da dedilər ki, içəridəki orqanlarının çox zədəlidir, sağalan deyil. Həkim gəlib mənə dedi ki, vəziyyəti çox ağırdır, ağ ciyəri vurulub, partlayıb. Nəfəs ala bilmir. Dedi ümid yoxdur. İki saat sonra gəldi dedi ki, gözləməyin, xəstə vəfat etdi. Bu səhərə yaxın 5-də olub”.

Xatırladaq ki, jurnalist "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirmişdi. Futbolçu isə açıqlamasında bu iddiaların əsassız olduğunu açıqlamışdı.

***

Rasim Əliyevin hüzr mərasimi Bayıl qəsəbəsi, Xanlar küçəsi -1 ünvanında (Denizçilik Akademiyasının yanı) keçirilir. mərhum jurnalistin dəfni saat 15-00 da, Mehdiabad mezarlığında olacaq.

  • -------

    Avqustun 8-də "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülən Jurnalist Rasim Əliyev, bu gün səhər saatlarında dünyasını dəyişib. "Azadlıq" qəzetinin məlumatına görə, futbolçunun qohumları tərəfindən döyülərək ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi. O, özü bu haqda belə açıqlama vermişdi.

    Qeyd edək ki, baş vermiş hadisəilə bağlı Cavid Hüseynov özü açıqlama verərək, məsələyə belə aydınlıq gətirmişdi:“”Facebook”da kiprli jurnalistin mәnә ünvanladığı suala verdiyim cavabı qeyri-etik jest kimi bir nәfәr paylaşmışdı. Mәn orda iki yumruğumu bir-birinә vurmuşdum. Amma o yazmışdı ki, guya mәn bir әli açıq şәkildә o biri әlimdә yumruğuma vurub әdәbsiz cavab vermişәm. Bu, belә deyil.

    Mәn dә onu gördüm vә hәmin adama zәng vurdum . Dedim ki, mәnә tәrbiyәsiz deyirsәnsә, gәl mәnim mәktәbimdәn, yaşadığım yerdәn tәrbiyәmi öyrәn. Gör necә adamam. Mәhəllәdә hәr yerdә ailәmә qarşı münasibәti gör. Biz 3 uşaq olmuşuq vә özümüzü necә aparmışıq gәl gör. Mәdәniyyәtimizi dә özün görәrsәn. Anam “astanovka”dan evә gәlәndә uşaqlar onu necә sevinclә qarşılayır. O jurnalistә hәr şeyi olduğu kimi danışdım...”

    Cavid Hüseynov bildirmişdi ki, sözlərinə görə, Rasim Əliyev ondan hətta bu paylaşıma görə üzr də istəyib: “Videoya kim baxsa, görәr ki, mən yumruğumu yumruğuma vurub bizim yumruq kimi ölkә olduğumuzu demişәm. Biz qardaşıq, biz dostuq. Ona dedim ki, yazını düzәlt. Dedi ki, oldu. Üzr istәyirәm sәhvimә görә. Biz bunları danışmışıq. Amma döymәk söhbәti düzgün deyil”.

    Dünən "Qəbələ”nin futbolçusu Cavid Hüseynov qohumları tərəfindən döyüldüyü iddia edilən jurnalist Rasim Əliyevi xəstəxanada ziyarət etmişdi. Apasport.az saytına bu barədə “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı məlumat vermişdi. Döyülən jurnalistlə görüşdüklərini bildirən klub rəsmisi Rasim Əliyevin vəziyyətinin qənaətbəxş olduğunu demişdi:“Rasim Əliyevlə xəstəxanada görüşdük vəziyyəti qənaətbəxşdi. Həkimlə də görüşdük. Amma bir az araşdırmaya ehtiyac var və yəqin ki, buna sabah aydınlıq gələcək”.

    Həkimlərin vəziyyətinin qənaətbəxş olduğunu iddia etdiyi jurnalistin həyatını dəyişməsi isə Rasim Əliyevi döyənlərlə yanaşı, həkimlərin də cinayət məsuliyətinə cəlb olunmasını zəruri edir.

Allah rəhmət eləsin.

AzPoloitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol