Menu

Şəhid olmuş zabitimiz 2 erməni əsgərini məhv edib – Özəl

23.01.2014, 18:39
Şəhid olmuş zabitimiz 2 erməni əsgərini məhv edib – Özəl

Kapitan Elnur Cəfərov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib

Xəbər verdiyimiz kimi, cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub.

Hadisə ötən gecə cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində ordumuzun kapitanı, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun sakini Elnur Cəfərov düşmən gülləsinə tuş gəlib. 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Elnur Cəfərov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib və səbr diləyib!

Qeyd edək ki, hərbi mənbələrdən “AzPolitika.info”-ya verilən məlumata görə, şəhid olan kapitan Elnur Cəfərov bu günlərdə düşmən tərəfinin atəşkəsi pozması nəticəsində cəbhədə baş verən atışmada 2 erməni əsgərini məhv edib.

Allah rəhmət eləsin!

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol