Menu

Polisi öldürən PKK-çı yaralı olaraq ələ keçdi

10.08.2015, 09:05
Polisi öldürən PKK-çı yaralı olaraq ələ keçdi

Türkiyənin Mardin vilayətinin Midyat rayonunda silahlı hücum təşkil edərək polis Abdullah Ümid Sercanı şəhid edən PKK-çılardan biri yaralı olaraq ələ keçib.

Musavat.com-un məlumatına görə, terrorçu təhlükəsizlik qüvvələri ilə atışmada yaxalanıb. Digər PKK-çıların da tutulması istiqamətində cəhdlər davam edir.

Qeyd edək ki, dünən Midyat rayonunda PKK-çılar polislərə avtomatlardan atış açmışdı. Nəticədə bir polis şəhid olmuş, biri isə yaralanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol