Menu

Bakıda hündürmərtəbəli binada yanğın: sakinlər təxliyyə edildi

10.08.2015, 10:49
Bakıda hündürmərtəbəli binada yanğın: sakinlər təxliyyə edildi

Hadisə yerinə FHN-in çoxsaylı əməkdaşları cəlb edilib.

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda hündürmərtəbəli binada yanğın hadisəsi baş verib. Anspress-in verdiyi məlumata görə, yanğın rayonun Dadaş Bünyədzadə keçəsi küçəsi 15 ünvanındakı binanın 2-ci girişindəki liftin şaxtasında qeydə alınıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Binəqədi və Yasamal rayon Yanğından Mühafizə briqadasının 7 yanğınsöndürən avtomobili və çoxsaylı şəxsi heyəti cəlb edilib. Nəticədə bir neçə dəqiqə əvvəl yanğının qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, 25 nəfər binadan təxliyyə edilib.

Yanğın zamanı ümumilikdə 51 peqometr elektrik naqili yanıb.

Hadisəyə ilkin ehtimal elektrik naqillərindəki qısaqapanma göstərilir. Lakin yanğının lifti hərəkətə gətirən naqillərdəki, yoxsa binaya verilən elektrik xəttindəki qısaqapanmadan baş verdiyi aparılan araşdırmadan sonra məlum olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol