Menu

Şırnaqda gərginlik davam edir: 5-i polis olmaqla 8 nəfər ölüb

10.08.2015, 15:00
Şırnaqda gərginlik davam edir: 5-i polis olmaqla 8 nəfər ölüb

Türkiyənin Şırnaq vilayətinin Silopi rayonunda PKK terrorçularının yola basdırdığı minanın partlaması nəticəsində daha 4 polis şəhid olub.

APA-nın xəbərinə görə, onlar bir polisin və 3 mülki şəxsin ölümü ilə nəticələnən hadisələrə müdaxilə etmək üçün əraziyə gedirmiş. İçində polis əməkdaşlarının olduğu zirehli avtomobil minaya düşüb.

Bölgədə irimiqyaslı əməliyyata başlanılıb. Hazırda atışma davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol