Menu

Ukrayna müxalifəti Ternopolu ələ keçirdi

24.01.2014, 01:49
Ukrayna müxalifəti Ternopolu ələ keçirdi

Ternopol vilayətinin başçısı Valentin Xoptyanın kabineti də tutulub, etirazçılar vilayət rəhbərliyinin istefasını tələb edirlər

Dünya Ukraynanın Ternopol şəhərində minə yaxın mitinq iştirakçısı vilayət administrasiyasının binasına daxil olub.

ANS PRESS "UNİAN"a istinadən bildirir ki, artıq binanın bir neçə mərtəbəsi tutulub. Ternopol vilayətinin başçısı Valentin Xoptyanın kabineti də tutulub. Etirazçılar vilayət rəhbərliyinin istefasını tələb edirlər.

Hücumdan qabaq vilayət administrasiyasının binası qarşısına üç minə yaxın adam yığılıb və milisdən onları içəri buraxmağı tələb ediblər. Milislər girişi tutsalar da nümayişçilər içəri girməyi bacarıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol