Menu

İranlı generalın Moskvaya səfəri ABŞ-ın diqqət mərkəzində - Məlumatlar yoxlanılır

11.08.2015, 00:59
İranlı generalın Moskvaya səfəri ABŞ-ın diqqət mərkəzində - Məlumatlar yoxlanılır

Xarici KİV-in məlumatına görə, ABŞ Prezidenti Barak Obamanın administrasiyası ötən ay İrannın «Əl-Qüds» xarici elitar hərbi birləşməsinin komandanının ölkədən çıxmamaq barədə BMT qadağasını pozaraq, Rusiyaya gizli səfər etməsi barədə yayılmış məlumatları yoxlamağa başlayıb («The Wall Street Journal» - «İnopressa»nın tərcüməsi).

Məqalədə deyilir: «Gümə axşamı «Fox News» xəbər verib ki, general Süleymani iyulun 24-də kommersiya reysi ilə Moskvaya uçub və orada 3 günlük danışıqlar aparıb, o cümlədən, Rusiya Prezidenti Vladimir Putinlə və bu ölkənin müdafiə naziri Sergey Şoyqu ilə görüşüb».

Birləşmiş millətlər təşkilatı, İranın nüvə və raket proqramının hazırlanmasındakı ehtimal olunan roluna görə, general-mayor Qasım Süleymanini «qara siyahı»ya daxil edib. 2005-ci ildə beynəlxalq terrorçuluğun dəstəklənməsində ehtimal olunan iştirakına görə, ABŞ ona qarşı sanksiya tətbiq edib.

«Əl-Qüds» İranın islam inqilabı qoruqçuları Korpusunun xüsusi birləşməsidir. O, «Hizbullah» və «Həmas» təşkilatlarını pul və silahla təchiz edən başlıca mənbə hesab olunur. General və onun başçılıq etdiyi birləşmə həm də Bəşər Əsəd hökumətinin və Yəməndəki husi qruplaşmasının dəstəklənməsində başlıca rol oynayır.

Məqalədə deyilir: «Bir sıra analitiklər hesab edirlər ki, general Süleymani Suriyada Bəşər Əsəd rejiminin gələcək taleyini müzakirə etmək məqsədilə Moskvaya səfər edib».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol