Belorus mənbələrinin məlumatına görə, ölkədə «samoqon»un sənaye istehsalının əsaslırı yaradılır. Bu spirtli içki ticarət şəbəkəsində, o cümlədən, «Duty Free» mağazalarında satılacaq (Rosbalt).
Slonimsk şərab zavodundan (Qrodnı vilayəti) xəbər veriblər ki, ilk mərhələdə «samoqon»un iki növü - 42 qraduslu «Tradisionnıy» və 47 qraduslu «Lyutıy» içkiləri istehsal olunacaq.
«Slonimsk şərab zavodu ölkədə ilk olaraq «samoqon»un sənaye üsulu ilə istehsalı üçün lisenziya (xüsusi icazə) alıb» - deyə, müəssisənin nümayəndəsi məlumat verib. O, qeyd edib ki, bundan əvvəl Belorusda «samoqon» kiçik həcmlərdə və yalnız etno-muzey komplekslərinin ərazilərində istehsal olunub («RİA Novosti»).
Nümayəndənin sözlərinə görə, bu spirtli içkinin sənaye üsulu ilə istehsalı üçün zavod xüsusi sifarişlə hazırlanmış unikal avadanlıq alıb.
AzPolitika.info


Şərhlər