Menu

Çin neft idxalını artırıb! - İyulda rekord həddə qədər

11.08.2015, 16:11
Çin neft idxalını artırıb! - İyulda rekord həddə qədər

Çin Xalq Respublikası (ÇXR) Baş gömrük idarəsinin məlumatına görə, 2015-ci ilin iyul ayında bu ölkə neft idxalı həcmini bu dövr üçün rekord sayılan həddə qədər artırıb (Rosbalt).

Cani ilin iyul ayında gündəlik ixrac həcmi 7,3 milyon barrel təşkil edib ki, bu da demək olar, aprel ayında qeydə alınmış həcmə bərabərdir (RBK).

İyul ixracı həcminin 30,0 faiz artması strateji neft ehtiyatlarını artırmaq cəhdləri ilə bağlıdır. Bu zaman, gömrüyün məlumatına görə, neft məhsullarının ixracı 10 aylıq maksimuma yüksəlib. Bu da ölkədə daxili istehlakın zəifləməsi ilə bağlıdır.

Hindistanın da neft idxalını artırdığı xəbər verilir, amma bu ölkənin neft idxalı həcmi Çindən geri qalır. Hindistan strateji neft ehtiyatları proqramının rəhbəri Racana Pillainin sözlərinə görə, cari ilin son iki ayı ərzində Vişakxapatnam yeraltı neft anbarı (həcmi 9, 75 milyon barrel) yarısına qədər İraq nefti ilə doldurulub. Bu ölkədə ümumi həcmi 29,4 milyon barrel olacaq daha iki neft anbarı tikilir.

Hazırda dünya bazarındakı «artıq» neftin həcmi (cani ilin 1-ci yarısı ilə müqayisədə - 1,8 milyon barrel) - Səudiyyə Ərəbistanı, İraq və Rusiyada neft hasilatının artması hesabına - gündəlik 2 milyon barrel təşkil edir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol