Xarici KİV-lər xəbər verirlər ki, Ukrayna bir aylıq fasilədən sonra, Macarıstandan təbii qaz idxalını bərpa edir. Bu barədə məlumatı Macarıstanın qaz nəqli üzrə operatoru - «FGSZ» şirkəti yayıb (Rosbalt).
«UNİAN»-nın xəbərinə görə, şirkətin məlumatında deyilir ki, Ukrayna avqustun 11-də, texniki imkanların 16,0 milyon kubmetr olması qarşılığında Macarıstandan gündəlik 1 milyon 963 min kubmetr qazın nəqli üçün sifariş verib.
Bundan əvvəl «Naftoqaz» bəyan edib ki, iyulun 1-dən Rusiyanın «Qazprom» şirkətindən qaz alınmasını satınalma şərtləri razılaşdırılana qədər dayandırır. Rusiya şirkəti isə qaz pulunu ödəmədiyi üçün Ukraynaya qaz satışını dayandırdığı barədə məlumat yayıb.
Məlumdur ki, Ukrayna iyulun 1-dən Macarıstandan təbii qaz idxalını dayandırmış, eyni zamanda Slovakiyadan keçməklə qaz idxalını 34,6 faiz (sutkada 7,2 milyon kubmetr) azaltmışdı. İyunun son günlərinə qədər bu rəqəm 13,6 milyon kubmetr təşkil etmişdi.
AzPolitika.info

Şərhlər