Menu

“ABŞ-la birgə Suriyada təhlükəsizlik zolağı yaradacağıq” - Türkiyə XİN

11.08.2015, 23:46
“ABŞ-la birgə Suriyada təhlükəsizlik zolağı yaradacağıq” - Türkiyə XİN

Türkiyə və ABŞ hərbi qulluqçuları Suriya ərazisində, sərhəd boyu təhlükəsizlik zonası yaradacaq və onu qoruyacaq. Musavat.com-un məlumatına görə, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Firudin Sinirlioğlu bildirib.

“Bununla bağlı bizim ABŞ-la ümumi anlaşmamız var. Bu zonada ərəb əhalisi və türkmənlər olacaq. Onlar İŞİD-in, kürd Demokrat Vəhdət Partiyasının (PDY) və ya Əsəd qüvvələrinin hücumlarına qarşı Hərbi Hava Qüvvələrinin tam mühafizəsi altında olacaq” – XİN rəsmisi deyib .

Sinirlioğlunun sözlərinin görə, adı çəkilən qüvvələr zonaya daxil olmağa cəhd edərlərsə, dərhal Türkiyə və ABŞ silahlı qüvvələri tərəfindən neytrallaşdırılacaq. Lakin nazir müavini bu zaman prosesdə Türkiyə quru qüvvələrinin iştirakı barədə heç nə söyləməyib.

Təhlükəsizlik zolağında əhalinin mühafizəsinə Suriya müxalifəti məsuliyyət daşıyacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol