Menu

Azərbaycandakı avtomobil hissələrinin 70-80%-i saxtadır

12.08.2015, 09:16
Azərbaycandakı avtomobil hissələrinin 70-80%-i saxtadır

Azərbaycanın avtomobil bazarında satılan ehtiyat hissələrinin 70-80%-i saxtadır. Bunu Fins.az-a açıqlamasında ehtiyat hissələrinin istehsalı ilə məşğul olan «Bosch» şirkətinin direktor müavini Fariz Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycana saxta ehtiyat hissələri əsasən Türkiyə, Dubay və Çindən gətirilir. Bu ehtiyat hissələrinin böyük qismi isə Hyundai, KİA və Mercedes avtomobillərinə aiddir. «Saxta ehtiyat hissələri içərisində avtomobilin elektron sistemləri daha çoxdur. Bunlara fənərlər, sensorlar, mühərrik məlumat ötürücüləri, hava tənzimləyiciləri, şamlar və s. aid etmək olar»-deyə direktor bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol