Çin yuanı devalvasiya etməkdə davam edir. Çin Mərkəz Bankı, dünən 1.86%-lik devalvasiyadan sonra yuanın istinad məzənnəsini (orta nöqtəni) bu gün də 1.62 faiz aşağı salıb.
Beləliklə PBOC son iki gündə yuanı dollar qarşısında cəmi 3.48 faiz ucuzlaşdırıb.
Çin məzənnəni, rəsmi olaraq müəyyən etdiyi bir orta nöqtədən idarə edir və yuan bu orta nöqtədən gündə 2 faiz yuxarı və ya aşağı gedə bilir.
Çin Mərkəzi Bankı (PBOC) dünən orta nöqtəni 6.1162-dən 6.2298-ə dəyişmişdi. Bu gün Çin Mərkəz Bankı, dollar/yuan məzənnəsi üçün müəyyən olunan orta nöqtəni 1,62 faiz yüksəldərək 6,3306 səviyyəsinə çıxardıb.
Qərarın ardından yuanın ucuzlaşaması davam edib, dollar/yuan məzənnəsi 6,4 yuanı aşıb və dörd ilin zirvəsinə yüksəlib. Məsələ ilə bağlı açıqlama verən Çin Mərkəz Bankı, yuandakı dalğalanmanın qısa müddət ərzində səngiyəcəyini proqnozlaşdırıb.
"ÇİN MÖCÜZƏSİ" TƏHLÜKƏDƏ
İqtisadçılar bu addımın ixracatçılara yardım etmək məqsədilə atıldığını deyir.
Ötən həftə sonu açıqlanan məlumata görə, Çininin ixracı, xüsusilə ən böyük ticarət tərəfdaşları olan Avropa, ABŞ və Yaponiyada tələbatın aşağı düşməsi ilə 8.3 faiz geriləyib.
Dünyanın ən böyük ikinci iqtisadiyyatı bu il ləngiyir. Bəzi iqtisadçılar Çinin 2015-ci il üzrə hədəfi olan 7%-lik iqtisadi artıma nail olmayacağını bildirirlər. Bu hədəfin bağlanılması vəziyyətində belə iqtisadi artım son 25 ilin ən aşağı artımı olacaq. /"Marja"


Şərhlər