Menu

"Günah həm də həkimdədir" - Rasim Əliyevin anası - VİDEO

12.08.2015, 10:46
"Günah həm də həkimdədir" - Rasim Əliyevin anası - VİDEO

Jurnalist avqustun 8-də Bayıl qəsəbəsində yerləşən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb və o, aldığı çoxsaylı bədən xəsarətlərindən bazar günü vəfat edib.

Vəfatından öncə o, jurnalistlərə verdiyi müsahibədə döyülməyinin səbəbini Facebook sosial şəbəkəsində Qəbələ futbol klubunun futbolçusu Cavid Hüseynovla bağlı yazdıqları ilə əlaqələndirib.

Çərşənbə axşamı jurnalistin öldürülməsində adı hallanan fulbolçu Cavid Hüseynov həbs olunub.

Rasim Əliyevin anası BBC Azərbaycancanın müxbiuri Günel Səfərovaya müsahibəsində deyib ki, oğlunu döyənlərlə birgə onun müalicə edən həkim də cəzalanmalıdır. Seyfurə Əliyevanın sözlərinə görə, oğlu "düzgün müayinə olsaydı" vəfat etməzdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol