Rəfayel Hüseynov Bakı şəhər sakini Mehman Mustafayevi döyüb.
Bakıda restoranlardan birində dava düşüb. İnsident Xətai rayonu ərazisindəki restoranların birində yaşanıb.
Şəxsiyyəti məlum olmayan şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Mehman Mustafayevi döyüb.
Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Rəfayel Hüseynov saxlanılıb.
Saxlanılarkən onun üzərində aşkarlanan idman tapançası götürülüb.


Şərhlər