Menu

Türkmənistan aviaşirkətinin Ukraynaya uçuşları qadağan edildi! 

12.08.2015, 16:03
Türkmənistan aviaşirkətinin Ukraynaya uçuşları qadağan edildi! 

«AzPolitika.info» xarici mənbələrə istinadla xəbər verir ki, Ukrayna Dövlət aviasiya xidməti avqustun 16-dan «Turkmənistan Airlines» ("Turkmənhavayolları") Türkmənistan milli aviaşirkətinin Kiyev-Aşxabad reysi üzrə uçuşlarını qadağan edib. Bu barədə məlumat Ukrayna Dövlət aviasiya xidmətinin saytında yer alıb (Rosbalt).

İdarənin mətbuat xidmətinin məlumatına görə, ölkələr arasında paritet şərtləri nəzərdə tutan saziş bağlanmasına baxmayaraq, Türkmənistan tərəfi hal-hazıra qədər «Ukrayna beynəlxalq aviaxətləri» aviasiya şirkətinə Kiyev-Aşxabad marşrutu üzrə reysləri həyata keçirmək üçün icazə təqdim etməyib. Bununla yanaşı, «Türkmənistan hava yolları» Ukrayna tərəfdən lazım olan icazəni vaxtında-vədəsində alıb və heç bir maneə olmadan Ukraynaya uçuşları bərpa edib.

«Necə ki, Türkmənistan avişirkəti Kiyev-Aşxabad hava xəttini birtərəfli qaydada istismar edir, bu, Ukrayna hökuməti ilə Türkmənistan hökuməti arasında 25.02.1993-cü il tarixdə bağlanmış hava nəqliyyatı sahəsində əməkdaşlıq barədə Sazişin 1-ci maadəsinin 11-ci bəndi ilə ziddiyyət təşkil edir. Odur ki, Ukrayna Dövlət aviaxidməti müvafiq tədbirlər görmək məcburiyyətində qalır və Sazişin 5 maadəsinin 1-ci bəndinə əsasən öz hüququndan istifadə edərək 16.08.2015-ci il tarixdən etibarən, «Türkmənistan hava yolları» avişirkətinin Kiyev-Aşxaban marşrutu üzrə uçuşlarını ləğv edir» - deyə, məlumatda izah edilir.

Bununla belə, Ukrayna Dövlət aviaxidməti mübahisəli situasiyanın həll olunacağına və hər iki tərəfin aviaşirkətlərinə ölkələr arasında müntəzəm uçuşlar həyata keçirmək üçün lazımi şəraitin yaradılacağına ümidvar olduğunu ifadə edir.

.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol