Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra bəlli olacaq.
Bakıda intihar hadisəsi baş verib. Hadisə Səbail rayonuvB.Sərdərov küçəsi, ev 5-də qeydə alınıb.
Anspress-in verdiyi məlumata görə, Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Gülnar Alim qızı Babayev həmin ünvanda özünü asaraq intihar edib.
Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra bəlli olacaq. Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.
Bir müddət əvvəl Xaçmaz rayonunda da intihar hadisəsi qeydə alınmışdı. Rayonun Yalama kənd sakini 81 yaşlı Neymət Neymətov özünü yaşadığı evin həyətindəki meyvə ağacından asaraq öldürmüşdü. Hadisəyə səbəb mərhumun xərçəng xəstəliyindən əziyyət çəkməsi və ağrılara dözə bilməməsi olmuşdu.


Şərhlər