«Sinxua» Agentliyinin məlumatına görə, Çin Xalq Respublikasının (ÇXR) şərqində - Tyantsızin şəhərində güclü partlayış baş verib. Alov sütunu bir neçə yüz metr hündürlüyə qalxıb («Exo Moskvı» radiosu).
Sosial şəbəkələrdə bu fövqəladə hidisəni əks etdirən fotolar yayılıb.
Hələlik, burada konkret olaraq, nəyin partladığı dəqiq bilinmir.
Ölənlər və yaralalanlar barədə məlumatlar yayılır. Onların dəqiq sayı barədə heç bir məlumat yoxdur.
AzPolitika.info

Şərhlər