«Röyter» Agentliyi xəbər verir ki, İsveçrənin federal hökuməti sabahdan etibarən İrana qarşı yönəlmiş sanksiyaları aradan görürür. Hökumətdə hesab edirlər ki, bu addım məlum nüvə sazişinin dəstəklənməsinin və Tehranla ikitərəfli münasibətlərin bərpasına olan marağın göstəricisidir.
Xatırladaq ki, İsveçrə İrana qarşı sanksiyaları 8 il bundan əvvəl tətbiq edib. Ötən ilin əvvəlində sanksiyaların bir hissəsi İran hökumətinin nüvə proqramının hərbi elementlərini aradan götürmək barədəki öhdəliyinə cavab olaraq, yumşaldılıb.
AzPolitika.info


Şərhlər