Menu

ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək

13.08.2015, 10:21

monitoringATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov izləyəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol