Menu

ŞƏHİD ELNUR CƏFƏROV DƏFN OLUNDU - VİDEO - FOTO

24.01.2014, 18:22
ŞƏHİD ELNUR CƏFƏROV DƏFN OLUNDU - VİDEO - FOTO

Şəhid Elnur Cəfərov Şərur rayonunu mərkəzində "Şəhidlər Xiyabanı"nda dəfn olunub.

***

Cəbhənin Tərtər rayonu istiqamətində şəhid olan zabitimiz, kapitan Elnur Cəfərovun cənazəsini aparan təyyarə bu dəqiqələrdə Naxçıvan Hava Limanına enib. Bu barədə AzPolitika.info-ya şəhidimizin yaxın qohumu, jurnalist Məhəmmədəli Qəribli məlumat verib.

Məlumata görə, Naxçıvanda şəhidimizin cənazəsinin qarşılanması dövlət səviyyəsində təşkil olunub və izdiham var.

Yeri gəlmişkən, Elnur Cəfərovun cənazəsinin Tərtərdən Bakıya gətirilməsi və burdan Naxçıvana yola salınmasının təşkili yetərli səviyyədə olmayıb. M.Qəribli bildirib ki, cənazəni gətirən hərbçilər arasında bir nəfər də olsun Müdafiə Nazirliyinin nümayəndəsi olmayıb. Yalnız qulluq etdiyi hərbi hissənin zabitləri olub. Şəhidin cənazəsinin Naxçıvana aparılması üçün isə cəmi 3 təyyarə bileti ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol