Menu

Leyla və Arif Yunusların məhkəməsi keçirilir

13.08.2015, 11:15
Leyla və Arif Yunusların məhkəməsi keçirilir

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunusun növbəti məhkəmə prosesi keçirilir.

Təxminən saat 10:30-da başlayan prosesə Almaniya, Hollandiya, ABŞ və Böyük Britaniya səfirliklərinin nümayəndələri və bir neçə jurnalist buraxılıb.

BBC Azərbaycancanın müxbiri Xanım Cavadova Bakı Ağır Cinayətlər Məhkəməsindən xəbər verir ki, digər media nümayəndələri və müşahidəçilərin zala daxil olmasına icazə verilməyib.

Ötən həftə dövlət ittihamçısı Leyla Yunusun 11, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Avqustun 10-da baş tutmuş məhkəmə prosesində isə Leyla Yunus tərcüməçiyə etiraz etdiyinə görə iclas təxirə salınıb.

Leyla və Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol