Menu

İranla Ermənistan arasında 107 milyonluq razılaşma

13.08.2015, 19:01
İranla Ermənistan arasında 107 milyonluq razılaşma

Ermənistan ilə İran arasında yüksək gərginlikli enerji xəttinin çəkilməsi barədə razılaşma əldə olunub. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, əldə olunan razılığa əsasən, İran yaxın 2 il ərzində dəyəri 107 milyon avro olacaq elektrik xəttinin inşasını gerçəkləşdirəcək. Bu elektrik xətti İranın enerji sistemini Gürcüstan və Rusiyanın enerji sistemləri ilə birləşirəcək. Layihənin gerçəkləşməsi üçün tələb olunan 107 milyon avronun 70%-ni İranın İxrac Bankı, 30%-ni isə “SONİR” şirkəti maliyyələşdirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol