Rusiya KİV-nin məlumatına görə, Rusiya Federasiyasnda İstehlakçıların hüquqlarının müdafiəsi Cəmiyyəti «sanksiyaaltı ərzaq məhsulları»nın məhv edilməsi barədə Prezident Vladimir Putinin imzaladığı fərmandan Ali Məhkəməyə şikayət vermək qərarına gəlib («Exo Moskvı»).
Cəmiyyətin rəhbəri Mixail Anşakov hesab edir ki, konkret halda məlum fərmanla həm Qanun pozulur, həm də mənəvi-etik normalar.
Onun sözlərinə görə, əgər Ali Məhkəmə siyasi motivlərdən çıxış etməsə, ədalətli qərar çıxaracaq.
AzPolitika.info


Şərhlər