Menu

Rusiya «kontrsanksiya» siyahısını genişləndirir!

13.08.2015, 21:05

Dmitriy_Medvedev_AlbumRusiya KİV-nin məlumatına görə, ölkənin baş naziri Dmitri Medvedyev Rusiyanın kontrsanksiya siyahısına daxil edilən ölkələrin sayının artırılmasını nəzərdə tutan sərəncam imzalayıb. Bu barədə Medvedyev hökumətin iclasında məlumat verib (Rosbalt).

«Ötən ilin avqustunda bəzi kənd təsərrüfatı məhsullarının idxalı qadaban olunmuş Avropa İttifaqı ölkələrinə, Avstraliya, Kanada, Norveç və ABŞ-a indi bir sıra digər ölkələr - Albaniya, Çernoqoriya, İslandiya, Lixtenşteyn və xüsusi şərtlərlə Ukrayna da əlavə olunub» - deyə, Medvedyev izah edib. O, əlavə edib ki, bundan əvvəl həmin dövlətlər Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının vaxtının uzadılması barədəki qərarına qoşulublar.

Baş nazir daha sonra deyib: «Onlar (həmin ölkələr - red.) sanksiyalara qoşulmaq barədə öz qərarlarını bununla əsaslandırmağa çalışırlar ki, guya Avropa İttifaqı ilə bağlamış olduqları bir sıra sazişlərə uyğun olaraq, bu sanksiyalara qoşulmağa məcburdurlar. Amma belə mövqe yalnız müəyyən nisbətdə haqlı sayıla bilər. Qeyd etmək istəyirəm ki, Avropa İttifaqı ilə analoji sazişi olan bir sıra dövlətlər var ki, Rusiyaya qarşı sanksiyalarda iştirak etmirlər. Ona görə də sanksiyalara qoşulmaq - düşünülmüş seçimdir və bizim tərəfimizdən görüləcək cavab tədbirlərinə hazır olmağın göstəricisi sayıla bilər».

Baş nazirin sözlərinə görə, Ukraynadan Rusiyaya kənd təsərrüfatı məhsullarının qadağan olunması barədə qərar o zaman qüvvəyə minəcək ki, Kiyev Avropa İttifaqı ilə bağlamış olduğu assosiasiya sazişinin iqtisadi hissəsinin işdə tətbiqinə başlasın.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol