Menu

Rusiyada sosial şəbəkə qadağası

13.08.2015, 22:09
Rusiyada sosial şəbəkə qadağası

Rusiyada "Reddit" sosial şəbəkəsi onun 9 minədək fəal forumlarından birində halüsinogenik və ya bihuşedici göbələklərin ev şəraitində yetişdirilməsinin müzakirə edilməsinə görə bağlanıb.

ANS PRESS-in məlumatına görə, Rusiyanın mediaya nəzarət qurumu "Roskomnadzor" (Rabitə sahəsində informasiya texnologiyaları və kütləvi kommunikasiyaya nəzarət üzrə Federal xidmət) "Reddit"lə əlaqəyə girməyə çalışsa da sorğusuna cavab almadığını bildirib.

Bir həftə əvvəl Rusiyanın media gözətçisi "Reddit"-i Rusiyada çətənin yetişdirilməsinə dair müzakirə açdığına görə bağlayacağı ilə hədələmişdi.

"Reddit" Rusiyada qadağan edilmiş sosial şəbəkələr siyahısına ölkənin Narkotik Maddələrin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin tövsiyəsi ilə əlavə edilib. Xidmət həmçinin "Vkontakte" şəbəkəsindəki səhifəsinin də bağlanması xahişi ilə müraciət edib. "Facebook", "Google" və "Twitter"ə isə xəbərdarlıq edilib. "Reddit" Rusiyada bu yaxınlarda qadağan olunmuş bir çox təşkilatlardan yalnız biridir.

"Reddit" sosial şəbəkəsi

Bundan əvvəl "Facebook", "Google" və "Twitter" Rusiyanın qanunlarına ehtiram göstərilməsi üçün "Roskomnadzor"dan xəbərdarlıqlar alıb. Ötən il Rusiya bloggerlər üzərinə məhdidudiyyətlər qoyan yeni qanun qəbul edib. Bu qanuna görə auditoriyası 3 mini aşan bloggerlər hakimiyyət orqanlarının qeydiyyatına düşməlidirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol